Beyl və Alaba finalda oynaya biləcək
Çempionlar Liqası finalı öncəsi “Real”ın 2 oyunçusunun durumuna aydınlıq gəlib. Bir müddətdir zədə səbəbindən meydanlardan kənar qalan David Alaba və Qaret Beyl həlledici görüşə çıxmağa hazırdır.
Bunu klubun baş məşqçisi Karlo Ançelotti açıqlamasında bildirib. O, Alabanın finalda mütləq oynayacağını vurğulayıb. Beylə isə daha bir şans verəcəyini söyləyib.