“Betis”də yeni futbolçu
“Betis” yeni futbolçu ilə heyətini gücləndirib. İspaniyalılar “Atletiko Paranaense”nin braziliyalı müdafiəçisi Abner Santosu transfer edib.
Bunu klubun mətbuat xidməti açıqlayıb. 22 yaşlı futbolçu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb.