“Betis” Antonini saxlamaq istəyində
“Betis” cinah hücumçusu Antonini heyətində saxlamağa qərar verib. İspaniya klubu “Mançester Yunayted”dən icarəyə götürülən futbolçunun qalmasında maraqlıdır.
Bununla bağlı danışıqlar gələn həftə baş tutmalıdır. Braziliyalının icarə müddətinin uzadılması inandırıcı deyil. İngiltərə klubu onu satmaqda israrlıdır.
Qışda “Betis”ə keçən Antoni 17 matça çıxıb. O, 5 qol və 2 assistə imza atıb.