“Beşiktaş”ın yeni transfer hədəfi

“Beşiktaş”ın yeni transfer hədəfi

“Beşiktaş” müdafiə xəttini gücləndirməyi planlaşdırır. İstanbul nəhəngi “Zenit”ə məxsus olan Robert Renanla yaxından maraqlanır.

“Qara qartallar”ın baş məşqçisi Sergen Yalçın rəhbərlikdən icarə əsasında “Vasko da Qama”da çıxış edən braziliyalı mərkəz müdafiəçisinin transferini istəyib. “Beşiktaş” yanvar ayında 21 yaşlı futbolçu üçün “Zenit”ə təklif göndərəcək.

Qeyd edək ki, Robert Renan bu ilin avqust ayında “Vasko da Qama”ya icarəyə verilib. Braziliya millisinə dəvət almış müdafiəçi A Seriyası təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.

ETOPAZ

Əvvəlki yazı

İspaniya Superkuboku Ciddədə keçiriləcək

Növbəti yazı

Fransa – Azərbaycan oyununun hakimləri bəlli oldu