“Beşiktaş”ın baş məşqçi postuna əsas namizəd
“Beşiktaş” baş məşqçi postuna əsas namizəd bəlli olub. Klub Nuri Şahinin xidmətində maraqlıdır.
Bildirilir ki, tərəflər artıq müqavilənin şərtlərini razılaşdırıb. “Qartallar” onunla yaxın zamanda sözləşmə imzalayacaq. Dortmund “Borussiya”sında köməkçi məşqçi vəzifəsini tutan Şahin növbəti mövsümdə “Beşiktaş”ı çalışdıracaq.