“Beşiktaş”dan yeni transfer
“Beşiktaş” heyətini daha bir futbolçu ilə gücləndirib. İstanbul klubu İtaliyanın “Sampdoriya” klubundan müdafiəçi Omar Kollini transfer edib.
Onun keçidi 2,3 milyona rəsmiləşib. Qambiya millisinin də şərəfini qoruyan oyunçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb. Futbolçu özünü daha yaxşı tərəfdən göstərə bilsə, “qara qartallar” Omarı bir il daha komandada saxlamaq hüququna malikdir.