“Beşiktaş”dan “Braqa”ya
“Beşiktaş”ın yarımmüdafiəçisi Demir Ege Tıknaz karyerasını Portuqaliyada davam etdirəcək. Türkiyəli futbolçu “Braqa”ya keçəcək. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
“Ağ-qaralar” 21 yaşlı dayaq yarımmüdafiəçisinin satışından 7 milyon avro gəlir əldə edib. Oyunçu Portuqaliya klubu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Demir Ege Tıknaz “Beşiktaş”ın yetirməsidir.












