“Beşiktaş”da yeni müqavilə

“Beşiktaş”da yeni müqavilə

“Beşiktaş” kapitanı Necip Uysalla müqavilə yeniləyib. 34 yaşlı futbolçu ilə 2026-2027 mövsümünün sonuna qədər sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Türkiyə millisinin sabiq üzvü bu mövsüm cəmi 1 matçda meydana çıxıb. 

Təcrübəli oyunçu hazırda zədəlidir. O, bir müddət öncə çapraz bağ yırtığı səbəbilə əməliyyat olunmuşdu. 

Qeyd edək ki, Uysal 2008-ci ildən “qara qartallar”ın əsas komandasında çıxış edir. O, “Beşiktaş”ın heyətində dörd dəfə Superliqa, dörd dəfə Türkiyə Kuboku, iki dəfə Superkubokun qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

“Şamaxı”da ciddi itki

Növbəti yazı

Tovuzda qollu sülh