“Beşiktaş”da kütləvi ayrılıq

“Beşiktaş”da kütləvi ayrılıq

“Beşiktaş” yeni mövsüm üçün edəcəyi transferlərin sayını açıqlayıb. Komandanın idman direktoru Çeyhun Kazançı İstanbul təmsilçisinin ən az 4 futbolçu ilə güclənəcəyini açıqlayıb. 

Klub funksioneri 40 yaşlı yarımmüdafiəçi Atiba Hatçinsonun mövsümün sonunda komandadan ayrılacağını deyib. Kanadalı futbolçu karyerasını ölkəsində davam etdirəcək.

Portuqaliyalı Gedson Fernandesin ən az bir mövsüm daha klubda qalmasını istədiklərini deyən Kazançı 20 milyon avro təklif gələcəyi halda futbolçunu sata biləcəklərini vurğulayıb.

29 yaşlı ingiltərəli yarımmüdafiəçi Nathan Redmondun komandada qalma ehtimalının yüksək olduğunu deyən idman direktoru futbolçu ilə danışıqların davam etdiyini, razılaşmanın hələlik əldə olunmadığını söyləyib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 04.05.2023

Növbəti yazı

“Yuventus”un prezidenti ailə həyatı qurdu