“Beşiktaş”da istefa
“Beşiktaş” baş məşqçisi Sərgən Yalçınla yollarını ayırıb. 49 yaşlı mütəxəssis vəzifəsindən istefa verib.
“Ağ-qaralar”ın məşqindən əvvəl futbolçularla görüşən çalışdırıcı postundan ayrıldığını açıqlayıb. Komandanı məşqə köməkçi-məşqçi Murat Şahin çıxarıb. Rəhbərliklə də görüşən Yalçın istefa ərizəsini təqdim edib.
Ötən ilin yanvarında “Beşiktaş”ın sükanı arxasına keçən Yalçın 2020/21 mövsümündə komandaya Türkiyə çempionluğunu qazandırıb.