“Beşiktaş”da iki kənarlaşdırma

“Beşiktaş”da iki kənarlaşdırma

“Beşiktaş”ın iki təcrübəli futbolçusu baş məşqçi Sergen Yalçının qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.

Müdafiəçi Necip Uysalla qapıçı Mert Günoka özlərinə klub tapmaq göstərişi verilib. Bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb.

Neciplə Mert klubun gələcək planlarına daxil deyil. Onlar özlərinə yeni klub tapana kimi kollektivdən ayrı məşq edəcəklər.

Qeyd edək ki, Necip Uysal “Beşiktaş”ın akademiyasının yetirməsidir.

ETOPAZ

Əvvəlki yazı

Qnabri “Milan”ın hədəfində

Növbəti yazı

Asensio İspaniya yolunda