“Beşiktaş”da ciddi itki
“Beşiktaş”da ciddi itki baş verib. Komandanın qapıçısı Mert Günok zədələnib.
O, qarşıdakı iki oyunu buraxacaq. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Türkiyə millisinin qolkiperi Super Liqanın IX turunda “Konyaspor”a qarşı keçirilən matçda sol çiynindən zədə alıb. O, oktyabrın 24-də UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda “Lion”a (Fransa) qarşı və 28-də isə “Qalatasaray”la matçı buraxmalı olacaq.