“Beşiktaş” Ziyeşlə maraqlanır

“Beşiktaş” Ziyeşlə maraqlanır

“Çelsi”nin yarımmüdafiəçisi Hakim Ziyeş karyerasını Türkiyədə davam etdirə bilər. Mərakeş millisinin futbolçusu “Beşiktaş”ın maraq dairəsindədir.

İstanbul klubuna yenidən baş məşqçi təyin olunan Şenol Güneş rəhbərliklə görüşündə orta sahənin gücləndirilməsini tələb edib. Təcrübəli mütəxəssis Ziyeşin mümkün keçidinin ingilislərlə müzakirə edilməsini istəyib.

“Ağ-qaralar” 29 yaşlı futbolçunu qışda yarım mövsümlük icarəyə götürmək niyyətindədir. Qeyd edək ki, Hakim Ziyeşin “Çelsi” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

ETOPAZ

Əvvəlki yazı

Keyhill karyerasını bitirdi

Növbəti yazı

“Barselona” hakimin qərarını məhkəməyə verdi