“Beşiktaş” Vilhenanı istəyir
“Beşiktaş” heyətini gücləndirmək niyyətindədir. Klub “Alanyaspor”un futbolçusu Tonni Vilhena ilə maraqlanır.
Müqavilə ilə “Panatinaikos”a məxsus olan yarımmüdafiəçi yayda “Qara qartal”a keçə bilər.
Bildirilir ki, “Beşiktaş” yaxın günlərdə rəsmi danışıqlara start verəcək.
Qeyd edək ki, Vilhenanın Yunanıstan nəhəngi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.