“Beşiktaş” Türkiyə kubokunun qalibi oldu
Türkiyə kubokunda 2023/24 mövsümünə yekun vurulub. Final matçında “Beşiktaş” və “Trabzonspor” üz-üzə gəlib.
Məhsuldar keçən qarşılaşmada qapılara 5 top vurulub. İstanbul klubu 90+4-cü dəqiqədə fərqlənərək, 3:2 hesabı ilə qalib gəlib. Bununla da, “Beşiktaş” tarixində 11-ci dəfə ölkə kubokuna yiyələnib. Komanda sonuncu dəfə 2011-ci ildə bu uğura nail olmuşdu.