“Beşiktaş” “Sevilya”nın futbolçusunu gətirir
“Beşiktaş” heyətini gücləndirir. Klubun çalışdırıcısı Fernando Santuş “Sevilya”nın 29 yaşlı futbolçusu Oliver Torresi komandada görmək istəyir.
“Beşiktaş” rəhbərliyi bu transferə müsbət fikir bildirib. Klub futbolçunun transferini yaxın günlərdə bitirmək niyyətindədir.