“Beşiktaş” derbidən qalib ayrıldı

“Beşiktaş” derbidən qalib ayrıldı

Türkiyə Super Liqasında XV tur davam edir. Bu gün İstanbul derbisi baş tutub.

“Beşiktaş” “Fənərbaxça”nı qəbul edib. Matç qarşılıqlı hücumlar şəraitində keçib. Oyunun taleyini bir qol həll edib.

“Qara qartallar” minimalhesablı qələbəyə seviniblər. 73-cü dəqiqədə Aleks-Oksleyd Çamberlayn fərqlənib.

Qeyd edək ki, xallarının sayını 25-ə çatdıran “Beşiktaş” dördüncü pillədə qərarlaşıb. “Fənərbaxça” isə 32 xalla ikinci sıradadır.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”də 4 itki

Növbəti yazı

“Real”da ciddi itki