Beş oyundan sonra istefa

Beş oyundan sonra istefa

“Santos” baş məşqçisini dəyişməyə qərar verib. Bunu Braziliya klubunun mətbuat xidməti açıqlayıb.

Dieqo Aqirre istefaya göndərilib. 58 yaşlı uruqvaylı mütəxəssis bu ilin iyulunda təyin olunduğu vəzifədən kənarlaşdırılıb.

O, komandanı cəmi 5 matça çıxarıb. Bu müddətdə 1 qələbə qazanan “Santos” 4 dəfə uduzub.

23 turdan sonra komanda Braziliya çempionatında 17-cidir. “Santos”un hesabında 21 xal var.

ETOPAZ

Əvvəlki yazı

“Zirə” azlıqda qalib gəldi

Növbəti yazı

PSJ-dən antirekord