Berrettini “Masters”dən kənar qaldı
Madriddə keçiriləcək “Masters”i buraxacaq daha bir tennisçi bəlli olub. Matteo Berrettini İspaniya paytaxtında mübarizə aparmayacaq.
Bunu italiyalı tennisçinin özü açıqlayıb. O, zədə səbəbindən Madrid kortuna çıxa bilməyəcək.
Qeyd edək ki, Berrettini ötən həftə keçirilən Monte-Karlo turnirini yarımçıq tərk edib. O, qarın nahiyəsindəki ağrılar üzündən “Masters”in 3-cü mərhələsinə qatılmayıb.