Berqveyn “Tottenhem”i tərk edəcək
“Tottenhem”in hücumçusu Stiven Berqveyn İngiltərə klubunu tərk etmək niyyətindədir. Buna səbəb niderlandlının daha çox matçda meydana çıxmaq istəməsidir.
Futbolçunun xidmətində xeyli sayda klub maraqlıdır. Əsas namizədlərdən biri də “Ayaks”dır. “Tottenhem”in qış transfer pəncərəsində Berqveyn üçün “Ayaks”ın 18 milyon avroluq təklifini rədd etdiyi bildirilir.