Bernardonun transfer qiyməti açıqlandı

Bernardonun transfer qiyməti açıqlandı

“Mançester Siti” yarımmüdafiəçisi Bernardo Silvanın transferinə qarşı deyil. Premyer Liqa klubu Portuqaliya millisinin üzvünü çox yüksək qiymətləndirir.

“Şəhərlilər” 28 yaşlı futbolçusunun transferindən 100 milyon avro qazanmağı planlaşdırır. Bir neçə təklifə baxmayaraq, rəhbərlik bu məbləğdə endirimə getmək fikrində deyil. 

Silva ilə daha çox “Barselona” maraqlanır. Hətta oyunçu özü də bu transferə çalışır. Ancaq hələlik tərəflər arasında rəsmi danışıq olmayıb.

Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir.

e-Topaz

Əvvəlki yazı

“Aston Villa”da ciddi itki

Növbəti yazı

Sakkari və Halepdən yüksəliş