Bernardo Silva zədələndi
“Mançester Siti”də ciddi itki baş verib. Bernardo Silva zədələnib.
Futbolçu Çempionlar Liqasının “Srvena Zvezda” ilə matçında xəsarət alıb və 44-cü dəqiqədə əvəzlənib. Komandanın çalışdırıcısı Pep Qvardiola onun zədəsi haqda danışıb:
“Hələ ki, konkret diaqnoz yoxdur. Amma görünür ki, o, qarşıdakı oyunları buraxacaq”.
Qeyd edək ki, növbəti matçlarda “şəhərlilər” Premyer Liqada “Nottingem Forest” və “Vulverhempton”la, İngiltərə Liqa Kubokunda isə “Nyukasl”la qarşılaşacaq.