Bernardo PSJ-nin hədəfində
PSJ-nin yay transfer planları bəlli olub. Fransa təmsilçisində əsas hədəf “Mançester Siti”nin futbolçusu Bernardo Silvanın heyətə cəlb edilməsidir.
28 yaşlı portuqaliyalının transferi üçün danışıqlara başlamağa hazırlaşan Paris klubu ingilislərə rədd edə bilməyəcəkləri bir təklif hazırlayır. Yeni mövsümdə heyəti dəyişmək arzusunda olan klub rəhbərliyinin Silva transferində israr edəcəyi də bildirilir.