Bernardo narazıdır
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva klubunu dəyişmək istəyir. O, “Barselona”ya keçmək niyyətindədir.
27 yaşlı portuqaliyalı kataloniyalılarla danışıqlarda irəliləyişlərin ləng getməsindən narazıdır. “Barselona” hələ də rəsmi təklif göndərməyib. Bu, yarımmüdafiəçinin səbrini tükədir.