Bernardo bu yay “Barselona”ya keçməyəcək

Bernardo bu yay “Barselona”ya keçməyəcək

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanın taleyi qeyri-müəyyən olaraq qalır. Onun “Barselona”ya bu yay transferi çətin görünür.

Lakin keçid gələn il baş tuta bilər. Kataloniyalılar hazırda Premyer Liqa klubunun tələb etdiyi 100 milyon avronu ödəmək iqtidarında deyil. 2023-cü ilin yay transfer pəncərəsində La Liqa təmsilçisi bir daha 28 yaşlı futbolçunu almağa çalışacaq. Silvanın “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilə qədərdir.

ETOPAZ

Əvvəlki yazı

“Atalanta”da yeni futbolçu

Növbəti yazı

Dzyuba “Adana Dəmirspor”da