Bernardo “Barselona”nın hədəfində
“Mançester Siti”nin kapitanı Bernardo Silva karyerasını İspaniya La Liqasında davam etdirə bilər. “Barselona” portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Silvanın İngiltərə klubu ilə müqaviləsi yayda başa çatır. Bunu nəzərə alan “Barselona” 31 yaşlı yarımmüdafiəçi ilə yanvarda razılıq əldə etməyi planlaşdırır.












