Benziadan het-trik, “Qarabağ”dan böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasında XII turun ikinci gününə start verilib. Günün ilk matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Son çempion “Qarabağ” autsayder “Kəpəz”i qəbul edib. Meydan sahiblərinin aşkar üstünlüyü ilə keçən görüşdə Ağdam klubu böyük hesabla qalib gəlib – 7:1.
Artıq ilk hissədə beş dəfə fərqlənən “Qarabağ”ın heyətində Yassin Benzia üç, Leandro Andrade iki, Olavio Juninyo və Nəriman Axundzadə hərəyə bir dəfə fərqlənib. Qonaqların yeganə qoluna Adama Niane imza atıb.