Benzemanın durumuna aydınlıq gəldi

Benzemanın durumuna aydınlıq gəldi

“Real”ın futbolçusu Kərim Benzemanın durumuna aydınlıq gəlib. Fransalı hücumçu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda iştirak edə biləcək.

34 yaşlı fransalı zədə səbəbindən son üç matçlıq fasilədən sonra PSJ ilə qarşılaşmaya tam hazır olacaq. Benzema “Atletik” və “Qranada” ilə qarşılaşmaların ardından bugünkü “Vilyarreal”la matçda da kənarda qalacaq.

Qeyd edək ki, “Real” PSJ ilə fevralın 15-də qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Derozan Cordanın nailiyyətinə şərik çıxdı

Növbəti yazı

Poçettino “Mançester Yunayted”ə şərt qoydu