Benzema şəxsi rekordunu təkrarladı
Madrid “Real”ı La Liqanın 28-ci turunda “Malyorka”nı 3:0 hesabı ilə məğlub edib. Qollardan ikisinə imza atan Kərim Benzema mövsüm ərzində vurduğu topların sayını 32-yə çatdırıb.
Bu, fransalı forvardın “Real” karyerasındakı rekordun təkrarıdır. O, 2011/12 mövsümündə də 32 qola imza atıb.
Kərim rekordunu 35 yaşında təkrarlayıb. Mövsümün sonuna 2 aydan çox qaldığından onun mütləq rekorda imza atacağı gözlənilir.
Qeyd edək ki, Benzema 2009-cu ildən “Real”ın formasını geyinir.