Benzema “Real”da qala bilər
“Real”ın hücumçusu Kərim Benzema komandada qala bilər. O, müqaviləsini yeniləyib-yeniləməyəcəyinə təkbaşına qərar verir.
Fransalı futbolçunun klubdan təklif gözləməsinə ehtiyac yoxdur. Benzema 2022-ci ildə “qızıl top”u qazandıqdan sonra ona istəsə, “Real”la müqaviləsini bir il müddətinə avtomatik yeniləmək hüququ verilib.