Benzema “Barselona” ilə matçı buraxacaq
Madrid “Real”ının hücumçusu Kərim Benzema zədələnib. O, “Barselona” ilə oyunu buraxmalı olacaq.
34 yaşlı forvard “El Klasiko” öncəsi son məşqi buraxıb. Fransa millisinin üzvü hələ də baldır əzələsindəki yüngül zədədən narahatdır. O, prinsipial görüşdə meydana çıxa bilməyəcək.
Fransalı forvarddan əlavə “kral klubu”nun heyətində zədəli Qaret Beyl və Ferlan Mendinin görüşdə iştirak etməyəcəyi dəqiqdir.
Qeyd edək ki, “Real” – “Barselona” matçı sabah keçiriləcək,