Benzema “Leypsiq”lə matçı buraxacaq

Benzema “Leypsiq”lə matçı buraxacaq

“Real”da ciddi itki baş verib. Komandanın hücumçusu Kərim Benzema Çempionlar Liqasının qrup mərhələsinin “Leypsiq”lə oyununu buraxacaq.

Bu barədə klubun baş məşqçisi Karlo Ançelotti məlumat verib. O, “Sevilya”nı məğlub etdikləri matçdan (3:1) sonra bildirib:

“Benzema çərşənbə axşamına hazır olmayacaq. Amma düşünürəm ki, bazar günü “Jirona”ya qarşı oynayacaq. Bu barədə narahat deyiləm, çünki çox kiçik bir zədədir. Razıyam ki, o hələ özünün ən yaxşısını göstərmir, amma formada və motivasiyalı olanda bizim üçün çox vacib oyunçudur”.

ETOPAZ

Əvvəlki yazı

Valverde Ronaldoya çatır

Növbəti yazı

Dalo “Real”ın hədəfində