Benzema “Beşiktaş”ın hədəfində
“Beşiktaş” heyətini gücləndirmək niyyətindədir. Klub Fransa millisinin sabiq hücumçusu Kərim Benzemanın xidmətində maraqlıdır.
“Qara qartallar” yayda hücumçu ilə güclənmək niyyətindədir. 38 yaşlı futbolçu özü də “Beşiktaş”da oynamağa hazırdır. Tərəflər arasında danışıqlara start verilib. Yalnız Benzemanın yüksək maaş istəməsi transferin baş tutmasına mane ola bilər.
Onun “Əl-İttihad”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.










