Bennaser ”Milan”da qalacaq

Bennaser ”Milan”da qalacaq

“Milan” futbolçusu İsmael Bennaserlə yeni müqavilə barədə danışıqlara başlayıb. 25 yaşlı əlcəzairli yarımmüdafiəçi İtaliya klubunun qarşısına öz şərtini qoyub.

O, illik 4-4,5 milyon avro maaş tələb edir. İngiltərə klublarının da Bennaserlə maraqlanması A seriyası təmsilçisini təzyiq altında saxlayır. Buna görə də milanlılar onunla anlaşmağa məcburdur.

Qeyd edək ki, Bennaserin indiki müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. O, cari mövsümün 21 matçında 1 qol vurub.
 

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 24.12.2022

Növbəti yazı

Oçoa ”Salernitana”da