Benites “Kristal Pelas”da
“Kristal Pelas” heyətini yeni futbolçu ilə gücləndirib. Premyer Liqa təmsilçisi PSV-dən Valter Benitesi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı qolkiperlə razılaşmanın detalları açıqlanmayıb.
Qeyd edək ki, Benites 2022-ci ildən PSV-də çıxış edirdi. O, Argentina yığmasının heyətində 1 oyuna çıxıb.












