“Benfika”nın seriyası qırıldı

“Benfika”nın seriyası qırıldı

“Benfika” “Vitoriya Gimaraes”lə qolsuz heç-heçə edib. Bununla da, komanda mövsümdə ilk dəfə xal itirib.

Buna qədər almaniyalı çalışdırıcı Rocer Şmidtin rəhbərliyi altında lissabonlular ardıcıl 13 rəsmi oyunda qalib gəlmişdi. Həmin matçlarda top fərqi 35:6-ya bərabərdir.

Həmçinin, Portuqaliya klubu yeni baş məşqçi ilə keçirdiyi beş yoldaşlıq görüşündə də maksimum nəticə göstərməyi bacarıb.

ETOPAZ

Əvvəlki yazı

Trossard Ndlovu və Arşavinin göstəricisini təkrarladı

Növbəti yazı

Koke “Atletiko”nun rekordçusu oldu