“Benfika” -“Qarabağ” matçının hakimləri açıqlandı

“Benfika” -“Qarabağ” matçının hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək “Benfika” (Portuqaliya) -“Qarabağ” matçının hakimləri açıqlanıb. Oyunu belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.

Onun köməkçiləri Co De Veird və Kevin Monteni olacaq. Dördüncü hakim funksiyasını isə Natan Verbumen yerinə yetirəcək.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” matçı sentyabrın 16-da Bakı vaxtı ilə saat 23:00-dastart götürəcək.

ETOPAZ

Əvvəlki yazı

Vüsal İsgəndərli qol hesabını açdı

Növbəti yazı

Millimiz Dünya Seriyasında ikinci olub