Ben Arfa PSJ-yə qalib gəldi
PSJ-nin sabiq hücumçusu Hatem Ben Arfa məhkəmədə Paris klubuna qalib gəlib. Futbolçu Fransa təmsilçisinin heyətində çıxışı zamanı (2016-2018) Qətər əmirinin ünvanına təhqiramiz ifadələr işlədib və buna görə bir ilə yaxın komandadan uzaqlaşdırılıb.
Ben Arfa bu səbəbdən klubu məhkəməyə şikayət edib. Paris Apellyasiya Məhkəməsi PSJ-ni futbolçuya psixoloji təzyiq göstərməkdə, həmçinin ödənilməmiş hesablarda günahkar bilib. Məhkəmə parisliləri Hatemə 100 min avrodan çox təzminat ödəməyə məcbur edib.