Belotti “Napoli” yolunda

Belotti “Napoli” yolunda

“Napoli” hücum xəttini gücləndirmək niyyətindədir. Neapol klubu “Torino”nun forvardı Andrea Belottini transfer edə bilər.

“Napoli” 28 yaşlı italiyalını klubu tərk edə biləcək Viktor Osimhenin potensial əvəzləyicisi kimi nəzərdən keçirir. Aprelin ortalarında “Torino”nun prezidenti hücumçunun bu yay azad agent kimi komandadan ayrılacağını açıqlamışdı.

Qeyd edək ki, Belotti bu mövsüm 20 matçda 8 qol vurub və 1 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

“Borussiya”da ayrılıq

Növbəti yazı

“Milan” Asensioya “elçi düşdü”