Bellinqem ”Real”la razılaşdı

Bellinqem ”Real”la razılaşdı

“Real” heyətini yeni futbolçu ilə gücləndirir. İspaniya klubu Cud Bellinqem transferində Dortmund “Borussiya”sı ilə prinsipial razılıq əldə edib.

Almaniyada klub nümayəndələri ilə görüşən “Kral klubu” rəsmiləri ilk görüşün müsbət ab-havada keçdiyini bildiriblər. Bu günlərdə bir daha Dortmunda səfər edəcək ispaniyalıların transferi tamamlayacağı qeyd olunur.

19 yaşlı yarımmüdafiəçi üçün 100 milyon avro ödəyəcək madridlilər Bellinqemlə 6 illik müqavilə imzalamağı planlaşdırırlar.

ETOPAZ

Əvvəlki yazı

Millimizin növbəti rəqibi bəlli oldu

Növbəti yazı

“Liverpul”da ayrılıq