Bellingemin durumuna aydınlıq gəldi
Cud Bellingem Çempionlar Liqasının “Braqa”ya qarşı oyununda zədələnib. 2-ci qolun müəllifi olan ingiltərəli matçın gedişində xəsarət alıb.
Lakin Cudun “El-Klasiko”nu buraxmaq təhlükəsi yoxdur. O, həftəsonu “Barselona”ya qarşı keçiriləcək görüşdə forma geyinəcək.
Bunu oyundan sonra Madrid klubunun baş məşqçisi Karlo Ançelotti deyib: “Bellingem “El-Klasiko” üçün risk altında deyil. Onun yalnız kiçik bir narahatlığı var, ciddi zədəsi yoxdur”.