Bellingem tarixə düşdü

Bellingem tarixə düşdü

DÇ-2022-də 1/8 final mərhələsinin 4-cü oyunu keçirilir. İngiltərə və Seneqal arasında matçda ilk 45 dəqiqə başa çatıb.

Futbolun yaradıcıları fasiləyə 2:0 hesabı ilə öndə yollanıb. 39-cu dəqiqədə Cordan Henderson, 45+3-cü dəqiqədə Harri Keyn qol sevinci yaşayıb.

İlk qolun assistinə Cud Bellingem imza atıb. O, 19 yaş 158 günlüyündə fərqlənib. Cud İngiltərə millisinin 1966-cı ildən sonrakı dünya çempionatlarında məhsuldar ötürmə verən ən gənc oyunçusu kimi tarixə düşüb.

ETOPAZ

Əvvəlki yazı

Mbappe Messiyə çatdı, Ronaldonu geridə qoydu

Növbəti yazı

İngiltərədən darmadağın