Bellingem klub tarixinə düşdü
“Real”ın yarımmüdafiəçisi Cud Bellingem klubun tarixinə düşüb. O, komandanın ilk 13 oyununda 13 dəfə fərqlənib.
İngiltərəli “Barselona” ilə oyundan dubl edərək bu uğura nail olub. Bunadək “Real”ın heyətində Alfredo Di Stefano və Kriştiano Ronaldo bu göstəriciyə imza atıb. Bellingemin 13 qol və 3 ötürməlik nəticəsi cari mövsümdə Avropanın top liqalarında ən yaxşıdır.