Bellingem ilin futbolçusu seçildi
La Liqanın ən yaxşı futbolçusu bəlli olub. Bu ada “Real”ın hücumçusu Cud Bellingem layiq görülüb.
20 yaşlı futbolçu Madrid klubunda keçirdiyi ilk mövsümdəcə bu uğura nail olub. İngiltərə yığmasının üzvü İspaniya çempionatında 28 oyunda meydana çıxıb 19 qol və 6 ötürmə ilə yadda qalıb. O, “Real”la Çempionla Liqasının finalına vəsiqə qazanıb.