Bellingem ilin futbolçusu seçildi

Bellingem ilin futbolçusu seçildi

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem 2024/25 mövsümü üzrə İngiltərədə ilin oyunçusu seçilib. Bu barədə İngiltərə millisinin saytında məlumat verilib.

Futbolçu mükafatı azarkeşlərin səsverməsi əsasında alıb. “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays ikinci, “Bavariya”nın hücumçusu Harri Keyn isə üçüncü olub.

Bellingem Premyer Liqada çıxış etməyən bir klubun üzvü olaraq bu mükafatı qazanan ikinci oyunçu olub. Bunu ilk dəfə 2006-cı ildə “Bavariya”nın futbolçusu Ouen Harqrivs edib.

Ötən mövsüm 22 yaşlı Bellingem İngiltərə yığmasında səkkiz oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan ardıcıl ikinci qələbə

Növbəti yazı

Həftənin ən yaxşısı adına namizədlər