Bellingem 2-ci oldu
“Real” Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun matçında “Braqa” ilə qarşılaşıb. Madridlilər görüşdən qalib ayrılıb – 2:1.
Qollardan birini yarımmüdafiəçi Cud Bellingem vurub. İngiltərəli futbolçu Çempionlar Liqasında “Real” forması ilə keçirdiyi ilk üç oyunun hər birində fərqlənən ikinci futbolçu olub. Buna daha əvvəl 1998-ci ildə Kristian Karambo nail olmuşdu.