Bellingem ən yaxşı seçildi

Bellingem ən yaxşı seçildi

2022-ci ilin ən yaxşı gənc futbolçusu bəlli olub. İFFHS yaşı 20-yədək olan oyunçularla bağlı keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.

İngiltərə millisinin və Dortmund “Borussiya”sının futbolçusu Cud Bellingem ən yaxşı gənc oyunçu seçilib. O, səsvermədə 115 xal toplayıb.

Almaniya millisinin və “Bavariya”nın üzvü Camal Musiala ikinci olub. Onun hesabında 95 xal var.

İlk “üçlüy”ü Yoşko Qvardiol qapayıb. Xorvatiya millisinin və “Leypsiq”in futbolçusu səsvermədə 55 xal yığıb.

ETOPAZ

Əvvəlki yazı

Osaka “Australian Open”dən kənar qalır

Növbəti yazı

Messi növbəti matçı buraxacaq