Bellingem əməliyyat olunacaq
“Real”ın futbolçusu Cud Bellingem çiynindən əməliyyat olunacaq. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
İngiltərəli yarımmüdafiəçinin bərpa müddəti təxminən 3 ay çəkəcək. Bellingem 2025/26 mövsümünün startını buraxacaq.