Bellerinin durumuna aydınlıq gəldi
“Barselona”nın müdafiəçisi Ektor Belyerinin durumuna aydınlıq gəlib. 27 yaşlı cinah oyunçusunun həkim müayinəsinin nəticəsi açıqlanıb.
Bildirilib ki, məşq zamanı sol ayaq əzələsindən zədə alan ispaniyalı təxminən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Barselona”ya bu yay keçən Ektor Belyerin cari mövsüm La Liqada 2 oyun keçirib.