Bellerin yenidən La Liqa yolunda
“Sportinq”dən ayrılan Ektor Bellerin “Betis”ə qayıtmağa çox yaxındır. Tərəflər müqavilənin detallarını razılaşdırıblar.
“Betis”in yetirməsi olan Bellerin Xoakinin karyerasının bitirmə mərasimində iştirak edib. Müdafiəçi həmin zaman klub rəhbərliyi ilə görüşüb və razılıq əldə olunub. Başa çatan mövsümün ilk yarısını “Barselona”da keçirən futbolçu qışda “Sportinq”ə qosulmuşdu.